...

Müxalifət qəzeti "Azadlıq"ın əməkdaşı Mirzə Sakit tam müalicə olunub

Cəmiyyət Materials 24 May 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Müxalifət qəzeti "Azadlıq"ın əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) tam müalicə olunub. Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev cümə axşamı Trend ə bildirib ki, Sakitin müalicəsini başa çatdırmadan yenidən cəzaçəkmə müəssisəsinə qaytarılması barədə yayılan məlumatlar əsassızdır. İdarə rəisinin sözlərinə görə, Sakit bir aya yaxın müddət ərzində Müalicə Müəssisəsində tam müayinə və müalicə olunub: "Mayın 19-da müalicəsi yekunlaşdığından cəza çəkdiyi müəssisəyə köçürülüb. O, müalicəsindən və həkimlərdən tam razılığını bildirib".

Sakitin müayinəsi zamanı ürəyi ilə bağlı ciddi problem qeydə alınmayıb. Onda əsəb pozğunluğu və diş xəstəliyi olub. Müəssisədə Sakitin dişləri müalicə olunub.

Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti