...

Məhkəmə "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru barəsində məhkəmə hökmünü qüvvədə saxladı

Cəmiyyət Materials 6 İyun 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbalieva/ Məhkəmə "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində məhkəmə hökmünü qüvvədə saxladı. Çərşənbə günü Apellyasiya məhkəməsi hakim Həmid Həmidovun sədrliyi ilə adıçəkilən qəzetlərin baş redaktoru barəsində Yasamal rayon məhkəməsinin çıxardığı hökümdən verilən apellyasiya şikayətini təmin etməyib. Prosesdə çıxış edən Fətullayev "Qarabağ gündəliyi " adlı məqaləsində xocalıları təhqir etmədiyini bildirib. Qeyd edib ki, həmin məqalə xüsusi reportajdır və iddiaçının təhgir kimi qəbul etdiyi fikirlər ona yox, müsahiblərinə məxsusdur. Həmçinin realazer. net saytının forumunda onun adından verilən fikirlər ona məxsus deyil.

Xacalıların nümayəndəsi Tatyana Çaladze isə Yasamal məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib. O bildirib ki, "Qarabağ gündəliyi" məqaləsində xocalılar təhgir olunur. O, Fətullayevin bu əməlini onun Ermənistanın xüsusi xidmət orqanlarına işləməsi kimi qiymətləndirib.

"Qarabağ gündəliyi" adlı məqaləsində xocalıları təhqir etməkdə ittiham olunan Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 6-da isə Yasamal rayon məhkəməsi Tatyana Çaladzenin xocalıların şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurulması ilə bağlı mülki iddiası üzrə Eynulla Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.

Aprelin 20-də Eynulla Fətullayev Bayıl istintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin istintaq Təcridxanasına köçürülüb.

Mayın 16-da MTN CM-nin 214-cü maddəsi ilə (terror) cinayət işi açıb. İki gün sonra Eynulla Fətullayevin mənzilində və iş otağında axtarış aparılıb. Baş prokuror jurnalistlərə açıqlamasında "Realnıy Azerbaydjan"ın saytında bəzi dövlət obyektlərinin İran tərəfindən bombalanması barədə məlumatların yer aldığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti