...

Azərbaycanda piratçılıqla bağlı istintaq işi başlanıb

Cəmiyyət Materials 11 İyun 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Azərbaycanın Dövlət Müəllif Hüquqları Agentliyi kaset satış mərkəzlərində monitorinq keçirib. Agentliyin direktor müavini Oqtay Səmədov bazar ertəsi bildirib ki, Azərbaycanın satış mərkəzlərindən alınan əqli mülkiyyət məhsullarının təxminən 80%-i pirat məhsullarıdır. Onun sözlərinə görə, monitorinq zamanı aşkarlanan qanunsuz faktlar sənədləşdirilib və Baş prokurora göndərilib.

Hazırda Baş prokurorun nəzarətində istintaq işi davam edir. Səmədov hesab edir ki, istintaq yekunlaşana qədər bu sahədə müəyyən işlər görüləcək. Aşkarlanan faktlarla bağlı istehsal müəssisələrində, studiyalarda da yoxlamalar keçiriləcək. Səmədov yaxın vaxtlarda yeni monitorinqlərin də keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti