...

Teleprodüsser Vado Karovin: "Həyat şəcərələri" verilişinin davamı olacağını hələ düşünməmişəm"

Cəmiyyət Materials 13 İyul 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /müx. TrendLife Eldar Hüseynzadə/Son neçə ildə "Həyat şəcərələri" verilişin aparıcısı Ağabəy Sultanov idi. Layihə çox maraqlı idi. Ağabəy Sultanovaun sayəsində bu veriliş baxımlı idi. Lakin ölkənin baş psixiatrının rəhmətə getməsindən sonra bu verilişin mövcudluğu hələ də sual altındadır. Bu veriliş yenidən canlanacaqmı? Bu sualı TrendLife layihənin prodüsseri Vado Karovinə verdi.

"Mənim üçün onun həyatdan gedişi şok oldu. Mən verilişi aparmaq üçün çox xahiş etmişdim. Lakin indi bilmirəm ki, o, veriliş kim aparsın. Onun səviyyəsində adam tapmaq çox çətindir. Onun ailə üzvləri dəfndən sonra məndən xahiş etdilər ki, verilişi bağlamayım. Əksinə, davam etdirim. Hələ ki, sentyabr ayına kimi verilişin davamı olub-olmayacağı barədə heç nə deyə bilmərəm" - deyə Vado bildirdi.

Xəbər lenti

Xəbər lenti