...

Həbsdə olan azərbaycanlı jurnalist Müalicə Müəssisəsinə qəbul olunub

Cəmiyyət Materials 23 İyul 2007 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı iyulun 19-dan Müalicə Müəssisəsinə köçürülüb. Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev bazar ertəsi Trend ə bildirib ki, Sakit Zahidov (Mirzə Sakit) nevrosteniya diaqnozu ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə qəbul olunub. Sakitin səhhəti ilə bağlı ciddi problem olmadığını deyən idarə rəisinin sözlərinə görə, onun cəza çəkdiyi müəssisəyə nə vaxt qaytarılacağı müalicənin gedişindən asılıdır.

Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə də onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti