Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Avqust ayında Azərbaycanda havanın temperaturu iyula nisbətən yüksək olacaq. Bu barədə cümə günü Trend ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün axşamdan başlayaraq Azərbaycanda hava sərinləşəcək və ötən günlərə nisbətən temperatur 3-4 dərəcə düşəcək. Şimal-qərb küləyi üstünlük təşkil edəcək, Azərbaycanın əksər ərazilərində, o cümlədən Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Sərin hava şəraiti iyulun 29-dək davam edəcək və iyulun 30-dan başlayaraq temperatur tədricən yüksələcək.
Azərbaycanda son bir neçə gün hava şəraiti kəskin istilərlə müşahidə olunub. Maksimal temperatur 39 dərəcə olub.