...

TQDK ali məktəblərə qəbul zamanı köçürdükləri üçün 30 abituriyentin nəticələrini ləğv edib

Cəmiyyət Materials 7 Avqust 2007 14:48 (UTC +04:00)
TQDK ali məktəblərə qəbul zamanı köçürdükləri üçün 30 abituriyentin nəticələrini ləğv edib

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ TQDK ali məktəblərə qəbul zamanı köçürdükləri üçün 30 abituriyentin nəticələrini ləğv edib. Bu barədə çərşənbə axşamı Tələbə Qəbulu üzərə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2007-2008-cı tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu abituriyentlərin arasında yaxşı nəticə göstərənlər də olub, lakin bu yaxşı nəticələr Komissiyanın rəhbərliyinin qərarına təsir etməyib. Komissiyanın rəhbərliyi 30 köçürən abituriyentin imtahan verdiyi otaqlarda imtahana nəzarət edən nəzarətçiləri də cəzalandırıb.

Abbaszadənin sözlərinə görə, bu il 24 345 azərbaycanlı oğlan və qız ali məktəbin birinci kurs tələbəsi adına layiq görülüb. Ali məktəblərə qəbul imtahanlarının nəticələrini TQDK artıq elan edib. Abituriyentlərin cavabları və nəticələri TQDK-nın aşağıdakı İnternet səhifəsində yerləşdirilib: http://www.tqdk.gov.az .

Nəticələri TQDK-nın saytında "2007-2008-ci tədris ili üçün qəbul imtahanlarının nəticələri" səhifəsində xüsusi pəncərədə iş nömrəsini yazmaqla əldə etmək olar. İmtahanların nəticələrini mobil rabitə vasitəsilə də əldə etmək olar. İnternetə çıxış imkanı olan abituriyentlər "İmtahanCel" xidmətinin köməyilə öz kodlarını məlumat şəklində 777 nömrəsinə göndərə bilərlər.

Rayon və kənd yerlərində yaşayan abituriyentlərə Rabitbə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt məntəqələri vasitəsilə İnternetə çıxış təqdim olunub.

Hərbi tədris müssisələrinə qəbul ilə bağlı şikayətlərə və suallara TQDK-nın yaratdığı apellasiya komissiyası tərəfindən baxılacaq, komissiya işə 2007-ci il avqustun 15-dən başlayacaq.

Dövlət Komissiyası sədrinin verdiyi məlumata görə, ölkənin ali tədris müssisələrində 3119 vakant yer qalıb. Abbaszadənin sözlərinə görə, bu yerlərə sənəd qəbulu bu il İnternet vasitəsilə avqustun 10-dan 20-nə kimi aparılacaq.

Xəbər lenti

Xəbər lenti