...

Müğənni Lalə Məmmədova: "Müğənni fikirləşmədən plastik əməliyyata qaçırsa, Maykl Ceksona bənzəyir"

Cəmiyyət Materials 8 Avqust 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust / "TrendLife" , müxbir V. İmanov/ Heç kimə sirr deyil ki, Hollivud ulduzlarının bir çoxları öz gözəlli üçün yaxşı stilistə, istedadlı vizaşistə, şəxsi dietoloqa, masajistə, bərbərə borcludurlar. Həmçinin uğurlu plastik əməliyyata. Onların üzləri ekranlarda və jurnallarda o qədər ideal olur ki, arada bizə elə gəlir ki doğrucu deyil. Bəziləri həqiqətən də plastik əməliyyatlar vasitəsi ilə sinələrini, dodaqlarını, ümumiyyətlə bütün üzlərini dəyişdirə bilirlər. Bir çox əməliyyatların sonu heç də sevindirici olmur. Yəni faciəvi bitir. Belə hallar da az olmur. Son vaxtlar plastik əməliyyatlar bizim estrada ulduzlarının da həyatlarında mühüm rol oynayır. Bu sırada Nadir Qafarzadənin, Röyanın, Rəksanənin, Aygün Kazımovanın, Almaz Ələsgərovanın adını çəkmək olar. Bizim yaddaşımızdan arıqlamaq məqsədi ilə cərahiyyə əməliyyatı keçirən Reyhan Müslümovanın aqibəti silinməyib. "TrendLife" bu haqda müğənni Lalə Məmmədova ilə söhbət edəndə o, öz fikrini çox sərt şəkildə bildirdi: "Müğənni fikirləşmədən plastik əməliyyata qaçırsa bir növ Maykl Ceksona bənzəyir. Əlbəttə ki, cərahiyyə əməliyyatına o vaxt getmək olar ki, doğrudan da insanın anadan gəlmə çatışmamazlığı olsun. Əgər insanın şüuru pozulubsa, onda psixoterapevtə müraciət etmək lazımdır. Başa düşürəm qadınlar qırışları ilə barışa bilmirlər, onlarla mübarizəni də ağılla etmək lazımdır".

-Nəyə görə kişilər ağ saçlarından utanmırlar, qadınlar qırışlarından utanırlar?

-Ona görə ki kişilərə ağ saç yaraşır, qadınlar isə həmişə cavan və cazibədar qalmaq istəyirlər.

-Lakin bəzi kişi ifaçıları saçlarını rəngləyir hətta makiyaj da edirlər.

-Bəli, belələri də var. Əgər yaşlı nəsil rənglənirsə tez gözə çarpır. Lap pisi isə müğənni təlxək kimi geyinib, makiyajını sirsifətinə demək olar ki, yaxmalayır.

-Qərb müğənnilərinin üzlərində makiyaj demək olar ki, hiss olunmur. Bəs nəyə görə bizimkilər üzlərinə həddən çox çəkirlər?

-Mən özüm də açıq tonları sevirəm. Lakin arada paltara uyğun olaraq tünd rənglərdən istifadə etməli oluram. Amma qadın bilməlidir ki, nəyi və hara geyinir.

Xəbər lenti

Xəbər lenti