...

"Müxalifət" qəzetinin həbsdə olan əməkdaşları məhkəmə baxışında iştirak etmək istəmir

Cəmiyyət Materials 13 Avqust 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ "Müxalifət" qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşının apellyasiya şikayəti üzrə bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Jurnalistlərin vəkili Rəşid Hacılı Trend ə bildirib ki, növbəti məhkəmə iclasının avqustun 16-da keçirilməsi qərara alınıb. Təqsirləndirilənlər prosesdə iştirak etmək istəmədiyindən növbəti proses onların iştirakı olmadan baş tutacaq.

Bu iş Apellyasiya Məhkəməsində araşdırılsa da, Bakı Apellyasiya Məhkəməsi yeni fəaliyyətə başladığından və işə baxan hakim tərkibi dəyişdiyindən, şikayətə yeni tərkibdə yenidən baxılır.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Əliyev tərəfindən himayə olunması göstərilib.

Jurnalistlər hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılırlar.

Hazırda Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 7 jurnalist həbs olunub. Onların əfv olunması üçün ölkə başçısına müraciət olunub.

Xəbər lenti

Xəbər lenti