...

Ata və oğul tarzənlər səfərə hazırlaşırlar

Cəmiyyət Materials 15 Avqust 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust/ "TrendLife" , müxbir Fəridə Məhərrəmqızı / Tez-tez xarici ölkələrdə Azərbaycan musiqisini təbliğ edən xalq artisti, tanınmış tarzən Ramiz Quliyev oğlu Əyyubla yeni səfərə hazırlaşır. R.Quliyevin "Trendlife"a bildirdiyinə görə, onlar Polşada və Rusiyanın Novosibirsk şəhərində konsert verməyi planlaşdırırlar. Bununla bağlı bir müddət öncə Azərbaycana dəvət göndərilib. "Səfərdə məqsəd Azərbaycan musiqisini təbliğ etməkdir. Orada oğlumla tanınmış bəstəkarlarımızın əsərlərini ifa edəcəyik" - deyə R.Quliyev bildirdi. O, hazırda Polşa səfirliyində səfərilə bağlı sənədləşmə işlərinin aparıldığını qeyd etdi. Qeyd edək ki, R.Quliyev indiyədək 100-ə yaxın xarici ölkənin konsert salonlarında tarda solo ifa ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti