...

Bakıda keçiriləcək güləş üzrə dünya birinciliyində 67 ölkənin yığması iştirak edəcək

Cəmiyyət Materials 17 Avqust 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Sentyabrın 17-də Bakıda start götürəcək güləş üzrə dünya birinciliyində 67 ölkənin yığma komandası iştirak edəcək.

Müraciətlərin sayı günü-gündən artır və bu üzdən də onların dəqiq sayını bir müddət sonra müəyyənləşdirmək mümkün olacaq, Milli Federasiyanın baş katibi Cavid Qurbanovun Trend ə xəbər verib. Lakin artıq indidən bəllidir ki, yarışda iki mindən çox idmançı iştirak edəcək.

Qurbanov həmçinin ümidvar olduğunu bildirib ki, birincilikdə yerli idmançılar ilk yerlərdə möhkəmlənəcəklər. Onun sözlərinə görə, güləşçilərimiz artıq yarışa hazırlıq mərhələsinin yekun hissəsinə başlayıblar. "Pəhləvanlarımızın doğma divarlar arasında yaxşı çıxış etmək və azarkeşlərimizi sevindirmək imkanı yaranıb. Onlar bunu etmək iqtidarındadır. Yığmaya dünyada ad qazanmış idmançılar daxil olub" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti