...

Müğənni Kərim: "Bizdə Azərbaycanda vertolyot yoxdur"

Cəmiyyət Materials 22 Avqust 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir V. İmanov/ Qeyri adi toy mərasimləri, məsələn göydən paraşütlə tullanmaq və yaxud da suyun altında, demək olar ki, Avropa və Amerikada məşhurdur. Biz onların nəyindən əskikik? Bilmirəm bəlkə belə bir şey bizim cəmiyyət üçün ekstravaqant görünəcək. Amma nəsə maraqlı etmək olar ki toylar bir-birilərinə bənzəməsinlər. Qeyri-adi olsun. Yada ki, ümumiyyətlə hər şeydən imtina edib, əldə olunan pulu götürüb gedib səyahət edəsən. Bax bu həmişəlik yadda qalacaq. Məsələn bizim yeni ailə quran müğənnilərimiz nəinki bu adətləri dəyişmək, hətta ölkədə nələr olduğunu bilmirlər. Bu yaxınlarda müğənni Rəqsanənin prodüseri Təranə ilə evlənən Kərim öz söhbəti ilə "TrendLife"ı lap çaşdırdı.

-Nəyə görə toylar bir-birilərinə bənzəyir? Məsələn nəsə qeyri-adi yerdə toy etmək olar axı. Vertolyotda, deyək ki, gəmidə və.s

-Bunlar yaxşıdır. Lakin bizdə qəbul olunmur. Axı bizdə heç vertolyot da yoxdur. Bəlkə bu barədə uşaqlarımın toyu qabağı nəysə fikirləşə bilərəm.

-Redaksiyadan: Kim ki Azərbaycanda vertolyetun olmasından xəbərsizdirsə onların nəzərinə çatdırıram ki, vertolyot avia şirkəti AZAL şirkətinin tərkibində yerləşir. Öz tərkibində Mi-8T(P) i Mi-8MTV1, AS-332L1 i EC-155B1, Mi-2, S-61 i S-76 daha müasir isə "Super Pumı" i EC-155 BI, vertolyotları fəaliyyət göstərir. Bu vertolyotları həmçinin gələcəkdə düzgün qayda ilə bayramlarda da istifadə etmək mümkün olacaq.

Müğənni Kərim həmçinin toy müğənnilərinə olan hörmətsizlikdən də danışdı. "Mən bir şeyi başa düşmürəm ki, toy müğənnisinin əməyini necə hörmətsiz etmək olar? Axı bir neçə saat tamaşaçını canlı musiqi ilə əyləndirmək çox çətindir. Açıq söyləyim ki, bütün məhşur müğənnilər toylardan çıxıb. Bu əsl müğənni olmaq istəyən üçün əla təcrübədir. Əlbəttə, fırıldaq müğənilər də var ki, toylarda fonoqramdan istifadə edir. Onlar doğrudanda "bozbaş" adına layiqdirlər"

Xəbər lenti

Xəbər lenti