...

Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyilə Azərbaycan vətəndaşları tərəfindən təsis edilmiş müəssisənin iki yaşı qeyd edilib

Cəmiyyət Materials 4 Sentyabr 2007 12:53 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend , müxbir Z. Novasvitskiy/ Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi və Ukrayna-Azərbaycan Dostluğu beynəlxalq xeyriyyə fondunun dəstəyilə Azərbaycan vətəndaşları tərəfindən təsis edilmiş "Polissya" şirkəti iki yaşını qeyd edib.

"Bu şirkət öz əməyi ilə xalq diplomatiyasının yüksək keyfiyyətini nümayiş etdirir. İnsanların sərmayə yatırması və digər ölkənin iqtisadiyyatına inteqrasiya etməsi göstərir ki, bu ölkələrdə aparılan siyasət düzgün istiqamətdə yönəlib" - deyə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev mərasim zamanı bildirib.

"Polissya" şirkətinin iki yaşı münasibətilə keçirilən tədbirdə Azərbaycan və Ukraynalı sənətçilər iştirak ediblər. Azərbaycandan müğənni Lalə Məmmədova və xalq artisti Azər Zeynalov, aparıcılar Nərgiz Cəlilova və Rafiq Həşimov iştirak ediblər.

"Polissiya" şirkəti 2005-ci ildə Azərbaycan vətəndaşları İlqar, İlham və Azər Abbasovlar və həmçinin Alişan Hüseynov tərəfindən təsis edilib. Kolbasa məhsulları istehsalı ilə məşğul olan kiçik sexin bazasında dondurulmuş yarımfabrikatlar istehsal edən müasir bir müssisə yaradılıb. Şirkətdə çalışanların sayı 1200 nəfər təşkil edir.

İki il ərzində Ukraynanın dondurulmuş yarımfabrikatlar bazarında "Polissya" şirkətinin payı 12% təşkil edib. Hazırda istehsal olunan məhsulların çeşidi 120 adda dondurulmuş yarımfabrikatdan ibarətdir.

Məhsul Kiyev, Çernişov, Odessa, Xarkov, Dnepropetrovsk, Donesk, Lvov, Luqansk, Zaporojye, Nikolayev, Krivoy-Roq, Kremençuk, Xerson, Poltava, Sumax, Simferepol və Mariupola çatdırılır.

Xəbər lenti

Xəbər lenti