...

Azərbaycan hakimləri Türkiyədə dörd oyunu idarə edəcək

İdman Materials 27 Yanvar 2012 15:10 (UTC +04:00)
Antalyada təlim-məşq toplanışı keçən Azərbaycan hakimləri bu gün dörd oyun idarə edəcək
Azərbaycan hakimləri Türkiyədə dörd oyunu idarə edəcək

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir M.Əliyev/

Antalyada təlim-məşq toplanışı keçən Azərbaycan hakimləri bu gün dörd oyun idarə edəcək.

Trend-in məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 18.30-da başlanacaq "Vasluy" (Rumıniya) - "Qarabağ" oyununa azərbaycanlı hakim Fuad Həsənov təyinat alıb.

Digər üç oyunu - "Karpatı" (Ukrayna) - "Yaqloniya" (Polşa) matçını Orxan Məmmədov, "Xayduk" (Xorvatiya) - "Austriya" (Avstriya) görüşünü Əliyar Ağayev, "Terek 2" (Rusiya) - "Bakı 2" (Azərbaycan) qarşılaşmasını isə Səbayel Qurbanova idarə edəcək.

Xəbər lenti

Xəbər lenti