...

Çempionlar Liqasında ¼ final və yarımfinal mərhələsinin püşkü atıldı: erkən final baş tutacaq

İdman Materials 16 Mart 2012 15:12 (UTC +04:00)
Bu gün Çempionlar Liqasının ¼ final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Çempionlar Liqasında ¼ final və yarımfinal mərhələsinin püşkü atıldı: erkən final baş tutacaq

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Bu gün Çempionlar Liqasının ¼ final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Trend-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimi nəticəsində ¼ final mərhələsinə vəsiqə qazanan 8 komanda - "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya), APOEL (Kipr), "Marsel" (Fransa), "Bavariya" (Almaniya), "Real" (İspaniya) və "Çelsi" (İngiltərə) klubları öz rəqiblərini tanıyıblar.

Qeyd edək ki, ¼ final mərhələsinin oyunları 27-28 mart və 3-4 aprel tarixlərində keçiriləcək.

¼ final mərhələsi

1. APOEL (Kipr) - "Real" (İspaniya)
2. "Marsel" (Fransa) - "Bavariya" (Almaniya)
3. "Benfika" (Portulqaliya) - "Çelsi" (İngiltərə)
4. "Milan" (İtaliya) - "Barselona" (İspaniya)

Yarımfinal mərhələsi (17-18 və 24-25 aprel)

1. "Marsel" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi APOEL (Kipr) - "Real" (İspaniya) cütünün qalibi ilə
2. "Benfika" (Portulqaliya) - "Çelsi" (İngiltərə) cütünün qalibi "Milan" (İtaliya) - "Barselona" (İspaniya) cütünün qalibi ilə

Final (19 may, Münhen)

1-ci cütün qalibi - 2-ci cütün qalibi

Xəbər lenti

Xəbər lenti