...

Dünyanın ən bahalı futbol klublarının adları açıqlanıb

İdman Materials 19 Aprel 2012 14:30 (UTC +04:00)
İngiltərənin “Mançester Yunayted” dünyanın ən bahalı futbol klubudur. Trend-in məlumatına görə, bu barədə "Forbes” jurnalı məlumat verib
Dünyanın ən bahalı futbol klublarının adları açıqlanıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

İngiltərənin "Mançester Yunayted" dünyanın ən bahalı futbol klubudur. Trend-in məlumatına görə, bu barədə "Forbes" jurnalı məlumat verib.

"Qırmızı şeytanlar" ötən bir il ərzində 20 faiz bahalaşıb. Kluba 2,2 milyard dollar qiymət qoyulub. Reytinq tərtib olunarkən, komandaların gəliri, mənfəəti və borcları nəzərə alınıb.

İkinci yerdə olan İspaniya "Real Madrid"inin qiyməti 29 faiz artıb və 1,8 milyarda çatıb. Üçüncü pillədə isə 1,3 milyard dollar dəyərə malik "Barselona" qərarlaşıb.

İlk "10-luq"da sonrakı pillələri İngiltərə, İtaliya və Almaniya klubları tutur:

1. "Mançester Yunayted" (İngiltərə) - 2,2 milyard dollar
2. "Real" (Madrid, İpsniya) - 1,8 milyard dollar
3. "Barselona" (İspaniya) - 1,3 milyard dollar
4. "Arsenal" (İngiltərə) - 1,2 milyard dollar
5. "Bavariya" (Almaniya) - 1,2
6. "Milan" (İtaliya) - 989 milyon
7. "Çelsi" (İngiltərə) - 761
8. "Liverpul" (İngiltərə) - 619
9. "Yuventus" (İtaliya) - 591
10. "Şalke" (Almaniya) - 587

Xəbər lenti

Xəbər lenti