...

Xosep Qvardiolanın "Barselona" klubundan getdiyi rəsmən bəyan edildi

İdman Materials 27 Aprel 2012 14:17 (UTC +04:00)
Xosep Qvardiolanın "Barselona" klubundakı dörd illik fəaliyyəti başa çatıb.
Xosep Qvardiolanın "Barselona" klubundan getdiyi rəsmən bəyan edildi

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Xosep Qvardiolanın "Barselona" klubundakı dörd illik fəaliyyəti başa çatıb.

Trend-in "Reuters"ə istinadən yaydığı məlumata görə, Pep bu gün keçirdiyi mətbuat konfransında növbəti mövsümdən komandadan ayrılacağını bəyan edib.

Məlumata görə, Qvardiola daha öncə bu məsələ ilə əlaqədar klubun prezidenti Sandro Rosselə xəbərdarlıq edib.

Xatırladaq ki, iyunda müqaviləsi başa çatan Qvardiolanın "Çelsi", "İnter" və ya İngiltərə milli komandasında işləyəcəyi barədə xəbərlər yayılıb.

Xəbər lenti

Xəbər lenti