...

Azərbaycan güləşçisi Olimpiya Oyunlarına 40-cı lisenziyanı qazandırdı

İdman Materials 27 Aprel 2012 16:51 (UTC +04:00)
Azərbaycan London Yay Olimpiya Oyunlarına 40-cı lisenziyanı qazanıb.
Azərbaycan güləşçisi Olimpiya Oyunlarına 40-cı lisenziyanı qazandırdı

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan London Yay Olimpiya Oyunlarına 40-cı lisenziyanı qazanıb.

Trend-in məlumatına görə, sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq) Çinin Tayuan şəhərində London Yay Olimpiya Oyunlarına vəsiqə verən Dünya təsnifat turnirində finala yüksəlməklə bu uğura imza atıb.

Pekin-2008-in bürünc mükafatçısının qazandığı lisenziya isə güləş üzrə milli komandalarımızın 11-ci vəsiqəsidir.

Xəbər lenti

Xəbər lenti