Azərbaycan, Bakı, 13 may /Trend/
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq veloturun qalibi Rusiyanın "Katyuşa" komandası olub.
Trend-in məlumatına görə, beşinci mərhələsinin qalibi qazaxıstan komandasının üzvü Xurbolat Kulimbetov olub, ikinci yeri "Katyuşa" komandasının idmançısı Gennadiy Tatarinov, üçüncü yeri isə Kot-d'İvuar təmsilçisi Çessi İsiaka tutub.
Beynəlxalq veloturun qalibi adını Əlcəzair idmançısı Yusif Reqiqi qazanıb.