...

Azərbaycan hakimi UEFA Çempionlar Liqasının oyununa təyinat alıb

İdman Materials 28 İyun 2012 18:14 (UTC +04:00)
FIFA referisi Anar Salmanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb.
Azərbaycan hakimi UEFA Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan, Bakı, 28 iyun /Trend/

FIFA referisi Anar Salmanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Salmanov ilkin təsnifat mərhələsində qarşılaşacaq "Düdelanj" (Lüksemburq) - "Tre Penne" (San Marino) cütünün qalibi ilə Avstriyanın "Zalsburq" klubu arasında iyulun 17-də keçiriləcək oyunu idarə edəcək.

Onun köməkçiləri Mehman Mahmudov və Zeynal Zeynalov olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti