...

"İnter" və "Xəzər-Lənkəran"nın rəqibləri məlum oldu

İdman Materials 20 İyul 2012 17:08 (UTC +04:00)
Trend-in məlumatına görə, püşkatama zamanı təmsilçilərimizdən "İnter" və "Xəzər Lənkəran"ın da növbəti mərhələdəki rəqibləri müəyyənləşib
"İnter" və "Xəzər-Lənkəran"nın rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatama zamanı təmsilçilərimizdən "İnter" və "Xəzər Lənkəran"ın da növbəti mərhələdəki rəqibləri müəyyənləşib.

Lakin III mərhələdə oynamaq hüququ qazanmaq üçün "İnter" Yunanıstanın "Asteras Tripolis", "Xəzər Lənkəran" isə Polşanın "Lex" klubunu mübarizədən kənarlaşdırmalıdır.

III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-də, cavab görüşləri isə bir həftə sonra - ayın 9-da keçiriləcək.

"İnter"in növbəti məhələdəki rəqibi Portuqaliyanın "Marimtimo" komandasıdır. "Xəzər Lənkəran" isə III təsnifat mərhələsində AİK (İsveç) - "Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti