...

Bu gün Azərbaycanın London Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarının bir qrupu yola düşüb (FOTO)

İdman Materials 24 İyul 2012 12:02 (UTC +04:00)
Bu gün Azərbaycanın London Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarının bir qrupu yola düşüb.
Bu gün Azərbaycanın London Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarının bir qrupu yola düşüb (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanın London Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarının bir qrupu yola düşüb.

Trend-in məlumatına görə, idmançıları rəsmi şəxslər, baş məşqçləri və həkimləri müşahidə edir.

Bu gün 32 idmançımız yola düşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistlərə bildirib ki, idmançılarımızın ikinci qrupu avqustun 4-də Londona yola düşəcək.

Onun sözlərinə görə, iyulun 25-də London Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılacaq və Azərbaycanı salamlama günü olacaq.

İyulun 27-də London Yay Olimpiya Oyunlarına rəsmən start verilir. İyulun 28-də isə Londonda Azərbyacan gecəsi keçiriləcək. Həmin gecədə Azərbaycanın milli mətbəxi videoçarxlarla nümayiş olunacaq, opera, caz, muğam ustalarının ifası dinləniləcək.

Azərbaycanın London Yay Olimpiya Oyunlarındakı komandasının bayraqdarı isə Elnur Məmmədli olacaq.

Qeyd edək ki, Azərbaycanı Olimpiya Oyunlarında 53 idmançı təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti