...

Yeni Bulvarda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçirilib (FOTO)

İdman Materials 24 İyul 2012 15:09 (UTC +04:00)
Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi ilə birlikdə Yeni Bulvarın xüsusi velosiped yolunda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçirib.
Yeni Bulvarda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/

Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi ilə birlikdə Yeni Bulvarın xüsusi velosiped yolunda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçirib. Bu barədə çərşənbə axşamı Trend-ə Federasiyadan bildiriblər.

XXX London Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycanın olimpiya yığma komandasını dəstəkləmək niyyəti ilə təşkil olunan yürüşdə Bakı və digər şəhərlərdən 500-dən çox peşəkar və həvəskar velosipedçi iştirak edib.

Yürüş iştirakçıları olimpiyaçılarımıza dəstək xarakterli müxtəlif şüarlar səsləndirib, Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək bütün idmançılara, o cümlədən, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra olimpiadada yarışacaq ilk velosipedçimiz olan Yelena Çalıxa uğurlar arzulayıblar.

Azərbaycanda hazırda velosiped idmanının inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlanıb və həyata keçirilir. Görüləcək tədbirlər Azərbaycanda velosiped idmanı üzrə yarışların əhatəsinin daha da genişləndirilməsinə və ölkəmizi ən mötəbər beynəlxalq yarışlarda layiqincə təmsil edəcək peşəkar velosipedçilərin hazırlanmasına təkan verəcək.

Xəbər lenti

Xəbər lenti