Azərbaycan, Bakı, 29 iyul /Trend/
Bu gün XXX London Yay Olimpiadasında cüdo yarışları davam edib.
Trend-in məlumatına görə, turnirin ikinci günündə daha bir Azərbaycan cüdoçusu Tərlan Kərimov tatami üzərinə çıxıb.
Kərimov 1/16 finalda əlavə vaxtda rusiyalı Musa Moquşkov üzərində qələbə qazanıb.
Qeyd edək ki, London Olimpiadasına 8 cüdoçu ilə yollanan yığmamızın heyətində artıq bir idmançı mübarizəni dayandırıb. İlqar Müşkiyev ötən gün ilk görüşdə erməni cüdoçusu Ovanes Davtyana uduzaraq turnirlə erkən vidalaşıb.