...

London olimpiadasında Azərbaycan avarçəkəni yarımfinala yüksəldi

İdman Materials 31 İyul 2012 15:21 (UTC +04:00)
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) 1/4 final mərhələsində mübarizəyə qoşulub.
London olimpiadasında Azərbaycan avarçəkəni yarımfinala yüksəldi

Azərbaycan, Bakı, 31 iyul /Trend/

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) 1/4 final mərhələsində mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, 22 yaşlı avarçəkənimiz Anderson Nosetti (Braziliya), Marsel Haker (Almaniya), Alan Kampbell (Böyük Britaniya), Patrik Lologer Salas (Meksika) və Donqyonq Kimlə (Cənubi Koreya) II qrupda mübarizə aparıb.

Avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 6 dəqiqə 56 saniyə nəticə göstərərək üçüncü yeri tutub. Bununla da Aleksandrov 1/2 final mərhələsinə yüksəlib. Müvafiq olaraq, birinci yerə Böyük Britaniya, ikinci yerə isə Almaniya idmançıları çıxıblar.

Yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar yarımfinala, digərləri isə təsəlli yürüşünə vəsiqə qazanırlar.

Xəbər lenti

Xəbər lenti