...

Azərbaycan yığması qələbə qazanıb

İdman Materials 21 Avqust 2012 16:26 (UTC +04:00)
Azərbaycan yığması bu gün Çerniqov şəhərində yoldaşlıq oyunu keçirib.
Azərbaycan yığması qələbə qazanıb

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Çerniqov şəhərində yoldaşlıq oyunu keçirib.

Trend Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 5:1 hesablı qələbə qazanıb.

Azərbaycan yığmasının heyətində Nigar Cəlilli dubl edib. Digər qolları Süsən Mənsimova, Leyla Solmaz və Maya Danqadze vurub.

Xəbər lenti

Xəbər lenti