...

FIFA U-17 kuboku sumqayıtlılara təqdim olunacaq

İdman Materials 27 Avqust 2012 10:26 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku sumqayıtlılara təqdim olunacaq.
FIFA U-17 kuboku sumqayıtlılara təqdim olunacaq

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.Mehdiyev/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku sumqayıtlılara təqdim olunacaq.

Trend Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar, Sumqayıt şəhərinin Yaşıl teatrında avqustun 27-də saat 20:00-da möhtəşəm konsert proqramı keçiriləcək.

Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyul ayının 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilmiş təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın inzibati binasında sərgilənəndən sonra avqust ayının 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmiş və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.

Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq.

Avqustun 20-də Lənkəran şəhərində və avqustun 24-də Gəncədə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Xəbər lenti

Xəbər lenti