...

DÇ: 1/2 final mərhələsinin komandalarının adları bəlli oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 5 Oktyabr 2012 21:52 (UTC +04:00)
Bu gün FİFA U-17 qadınlararası dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
DÇ: 1/2 final mərhələsinin komandalarının adları bəlli oldu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Bu gün FİFA U-17 qadınlararası dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, artıq Almaniya və Braziliya yığmaları münasibətlərinə aydınlıq gətiriblər.

Oyunda avropalılar cənubi amerikalıları məğlub ediblər - 2:1. Beləliklə, Almaniya yarımfinala yüksələn növbəti komanda olub. Almanlar finala adlamaq üçün Şimali Koreyanı mübarizədən kənarlaşdırmalıdırlar.

1/2 finala son vəsiqə uğrunda Yaponiya və Qana milliləri yarışıblar. Qana millisi Yaponiya yığması üzərində 1:0 hesabı ilə üstün olub və yarimfinala sonuncu vəsiqəni qazanıb.

Qeyd edək ki, ötən gün keçirilən iki oyundan sonra Şimali Koreya və Fransa yığmaları yarımfinala yüksəliblər.

Xəbər lenti

Xəbər lenti