...

Azərbaycan gimnastı "Fair Play" mükafatının laureatı olub

İdman Materials 17 Dekabr 2012 13:42 (UTC +04:00)
Azərbaycan gimnastı Aliyə Qarayeva ölkənin Milli Olimpiya Komitəsinin (MOK) bu il təsis etdiyi "Fair Play" mükafatının qalibi olub.
Azərbaycan gimnastı "Fair Play" mükafatının laureatı olub

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Azərbaycan gimnastı Aliyə Qarayeva ölkənin Milli Olimpiya Komitəsinin (MOK) bu il təsis etdiyi "Fair Play" mükafatının qalibi olub.

MOK-un vitse-prezidenti Xəzər İsayevin başçılıq etdiyi xüsusi komissiya Qarayevanı düzgün rəqabət prinsiplərinə sadiq qalan ən yaxşı idmançı qismində seçib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Fair Play" ideyası Moskvada keçiriləm Beynəlxalq "Spartak" Kubokunda da əsas amillərdən biri olub. Qarayeva yarışların ikiqat qalibi adına layiq görülüb. O, final yarışlarında halqa (28,9) və lentlə (29,1) hərəkətlərdə yüksək bal toplayıb.

Bununla paralel olaraq Moskva ətrafındakı Zveniqorod şəhərində gənclər arasında turnir keçirilib. Turnirdə Bakı Gimnastika Məktəbinin 7 idmançısı iştirak edib. Onlardan biri İlahə Məmmədova (2001-ci il təvəllüdlü) üçüncü yerə çıxıb. O, yalnız rusiyalı gimnastlardan geri qalıb. Digər gimnastlar öz yaş qruplarında 4-8-ci yerləri tutublar.

Yeni il ərəfəsində ənənəyə uyğun olaraq, ölkə yığmasının gimnastları bayram şousunda iştirak edəcəklər. "Şəhrizadın ən yaxşı nağılı" adlı Yeni il bayramı dekabrın 26-da Bakı Olimpiya İdman Kompleksində ən kiçik tamaşaçıları toplayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti