Azərbaycan, Bakı, 5 fevral / Trend müxbir M.Əliyev/
Türkiyənin Ankara şəhərində 9-10 fevralda keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 41-ci beynəlxalq turnirdə Azərbaycan idmançıları iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Güləş Federasiyasından bildirilib.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında turnirdə öz qüvvələrini sınayacaq. Heyətdə Yaşar Əliyev (55 kq), Hacı Əliyev, Əhmədnəbi Qvrazatilov (hər ikisi 60 kq), Məhəmməd Müslümov, Hacımurad Ömərov (hər ikisi 66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb.
Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcək.