...

AGF: Azərbaycan Birinci Avropa Oyunlarında güləş yarışlarını yüksək səviyyədə təşkil etmək əzmindədir

İdman Materials 21 Fevral 2013 10:26 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyası Birinci Avropa Oyunlarında güləş yarışlarını yüksək səviyyədə təşkil etmək əzmindədir.
AGF: Azərbaycan Birinci Avropa Oyunlarında güləş yarışlarını yüksək səviyyədə təşkil etmək əzmindədir

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Güləş Federasiyası Birinci Avropa Oyunlarında güləş yarışlarını yüksək səviyyədə təşkil etmək əzmindədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov bildirib.

Oyunlara hazırlıq prosesinin gedişatı ilə bağlı danışan Cəfərov bildirib ki, bu məsələdə Azərbaycan Güləş Federasiyasının mövqeyi FİLA-nın mövqeyi ilə eynidir.

"Beynəlxalq Güləş Federasiyası - FİLA-nın sabiq prezidenti Rafael Martinetti hələ 10 dekabr 2012-ci il tarixli məktubunda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkeyə FİLA-nın rəsmi mövqeyini bildirmişdi. Bu mövqe isə ondan ibarətdir ki, FİLA 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının hazırlanmaqda olan proqramında güləşin 3 növ üzrə, hər biri 7 çəki dərəcəsində təmsil olunmasına razıdır. Azərbaycan Güləş Federasiyası bu mövqe ilə eyni fikirdədir və güləşin Oyunların proqramına salınacağı təqdirdə yarışların yüksək səviyyədə təşkili üçün maksimum səy göstərəcək. Azərbaycanın güləş yığmasının hər bir üzvü Birinci Avropa Oyunlarında yüksək əyarlı medallar qazanmaqla ölkəmizin bayrağını yüksəklərə ucaltmağa və öz qələbələri ilə xalqımızı sevindirməyə çalışacaq", - baş katib deyib.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsi hazırda 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının proqramının və bu proqrama daxil ediləcək idman növlərinin siyahısının hazırlanması davam edir. Azərbaycan idman ictimaiyyəti milli idman növü olan güləşin bu Oyunlarda təmsil olunacağını səbirsizliklə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti