...

“Monako” “Barselona”nın iki futbolçusunu almaq niyyətindədir

İdman Materials 15 May 2013 14:01 (UTC +04:00)
Fransanın “Monako” klubu İspaniyanın “Barselona” klubunun iki futbolçusunu heyətinə cəlb etmək niyyətindədir.
“Monako” “Barselona”nın iki futbolçusunu almaq niyyətindədir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Tanrıverdiyev/

Fransanın "Monako" klubu İspaniyanın "Barselona" klubunun iki futbolçusunu heyətinə cəlb etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Fransa KİV-i məlumat yayıb.

Fransa futbol çempionatının ən yüksək divizionuna vəsiqə qazanan klub müdafiəçi Daniel Alves və qapıçı Viktor Valdesi heyətinə cəlb etmək niyyətindədir. "Monako"nun transfer bazarında belə aktivləşməsi onun rusiyalı sahibi Dmitri Rıbolovlevin heyətin gücləndirilməsinə 200 milyon avro ayırması göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti