Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E.Tanrıverdiyev/
Bazar ertəsi "Santos"un ofisində hücumçu Neymarın "Barselona"ya keçidi ilə bağlı tərəflər bütün şərtləri rəsmi olaraq razılaşdırıb.
Trend-in məlumatına görə, futbolçu İspaniyada imzalanması planlaşdırılan Kataloniya klubu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Onun növbəti həftə (bazar ertəsi və ya çərşənbə axşamı) "Barselona"nın oyunçusu kimi ictimaiyyətə təqdim olunacağı gözlənili.
Futbolçu "İnstagram" sosial şəbəkəsindəki profilin də yazıb:
"Santos"u tərk etdiyimə görə çox üzülürəm ancaq mən yenə qayıdacağam. Ümumiyyətlə, "Barselona" kimi klubla müqavilə bağlamaq mənim üçün böyük şərəfdir. Çünki o dünyanın ən yaxşı klublarından biridir".
Qeyd edək ki, "Barselona" Neymarın transferinə görə, "Santos"a 58 milyon avro ödəyəcək. Futbolçu özü isə, il ərzində təxminən 7 milyon avro qazanacaq.