...

İdman gimnastikası üzrə Azərbaycanın ən güclüləri müəyyənləşdi (YENİLƏNİB) (FOTO)

İdman Materials 7 İyun 2013 20:43 (UTC +04:00)
İdman gimnastikası üzrə Azərbaycanın ən güclüləri müəyyənləşib.
İdman gimnastikası üzrə Azərbaycanın ən güclüləri müəyyənləşdi (YENİLƏNİB) (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

İdman gimnastikası üzrə Azərbaycanın ən güclüləri müəyyənləşib.

Trend-in məlumatına görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yarışda Şakir Şıxəliyev böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Yarışda Ruslan Namazov və Uğur Xəlilbəyli müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası Bakıda üç idman növü - idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə turnir keçirir.

Üçlü yarışlarda 107 gimnast iştirak edir. Gimnastlar paytaxtın 5 idman cəmiyyətini (Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonu idman məktəbi, "Neftçi" və "Təhsil" cəmiyyətləri), o cümlədən Sumqayıtı təmsi edirlər.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışın açılışında çıxış edərək Azərbaycanda idmana dövlət tərəfindən göstərilən qayğıdan, o cümlədən ölkənin regionlarında tikilən yeni olimpiya komplekslərindən danışıb.

Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyası artıq belə üçlü yarışları təşkil etmək təcrübəsinə malikdir: "İlk belə trurnir ötən ilin sonunda keçirilib və həm iştirakçılar, həm də tamaşaçılar arasında müsbət rəy formalaşdırıb".

Turnirin birinci günü idman gimnastları mübarizə aparıblar, akrobatlar və tamblinqlə məşğul olan idmançıların yarışı isə iki gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti