...

Aliyə Qarayevanın iştirakı ilə Qala-konsert

İdman Materials 20 İyun 2013 17:18 (UTC +04:00)
İyun ayının 24-25-də bədii gimnastika üzrə 20-ci ölkə birinciliyinin keçirilməsi planlaşdırılıb.
Aliyə Qarayevanın iştirakı ilə Qala-konsert

Azərbaycan, Bakı, 20 iyun /Trend/

İyun ayının 24-25-də bədii gimnastika üzrə 20-ci ölkə birinciliyinin keçirilməsi planlaşdırılıb.

Trend-in məlumatına görə, yarışlarda 133 (!) fərdi gimnast iştirak edəcək, onlar 6 yaş kateqoriyasına və 7 qrup komandasına bölünəcək. Bunlar senior və yuniorlar, həmçinin 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü iştirakçılardır.

İdmançılar yalnız mütləq çöxnövçülükdə medallar uğrunda mübarizə aparacaqlar. "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika İdman Məktəbi Kompleksi, "Spartak" klubu, "Sərhədçi" İdman Cəmiyyəti, "Bakı" və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastlarından başqa, Xırdalan, Qusar, Gəncə və Sumqayıt idmançıları da yarışacaqlar, İsmayıllı gimnastları isə yalnız Qala-konsertdə məharətlərini göstərəcəklər. Qala-konsert Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr ediləcək.

Yarışların başlama vaxtı: saat 10:00

Keçirilmə yeri: "Sərhədçi" Olimpiya İdman Mərkəzi

Ünvan: Babək prospekti, 23/16

Gediş: "Xalqlar Dostluğu" metrostansiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti