...

Tanınmış gimnast Aliyə Qarayeva böyük idmanla vidalaşmasının səbəblərini açıqlayıb

İdman Materials 25 İyun 2013 20:07 (UTC +04:00)
Azərbaycanın tanınmış gimnastı Aliyə Qarayeva böyük idmanla vidalaşmasının səbəblərini açıqlayıb.
Tanınmış gimnast Aliyə Qarayeva böyük idmanla vidalaşmasının səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın tanınmış gimnastı Aliyə Qarayeva böyük idmanla vidalaşmasının səbəblərini açıqlayıb.

Qarayeva bildirib: "Fikrimcə, artıq vaxtdır. 25 yaşım var və prinsipcə bu yaşda olanların əksəriyyəti idmandan gedir, hətta bir çoxları idmanı daha tez tərk edir".

Trend-in məlumatına görə, idmançı qeyd edib ki, gələcək işi ilə bağlı bir neçə təklif alıb: "Hələlik nəzərdən keçirdiyim bir neçə təklif var və onlardan biri mənim diqqətimi daha çox cəlb edib. Güman edirəm ki, bu məsələ sentyabrda öz həllini tapacaq".

Xatırladaq ki, çərşənbə axşamı Bakıda Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın beşqat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr edilmiş Qala-konsert keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti