Azərbaycan, Bakı, 8 iyul /Trend/
Münhenin "Bavariya" komandası Mario Qomesin İtaliyanın "Fiorentina" klubuna transfer olunduğunu təsdiq edib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Almaniya klubunun prezidenti Karl-Haynts Rummenigge hücumçuya uğurlar arzulayıb.
Rummenigge deyib: "Klubumuz üçün etdiyi hər şeyə görə "Bavariya" adından Marioyaya təşəkkür edirəm".