...

Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi rəsmən təsdiqləndi (FOTO)

İdman Materials 24 İyul 2013 13:55 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Hesabat-seçki Baş Assambleyası keçirilib.
Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi rəsmən təsdiqləndi (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Hesabat-seçki Baş Assambleyası keçirilib.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, MOK-un və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Bəynəlxalq Əlaqələr İdarəsinin rəisi və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-un Beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış ediblər.

Assambleya çərçivəsində "Bakı 2017" Namizəlik kitabının təqdimatı olub. Namizədlik kitabı oyunların vizyon və konsepti, siyasi və iqtisadi vəziyyət, hüquqi aspektlər, gömrük və immiqrasiya, ətraf mühit və metereologiya, maliyyə, marketinq və kommunikasiya, idman obyektləri və yarışlar, yaşayış obyektləri, nəqliyyat, təhlükəsizlik, tibbi xidmətlər və dopinq nəzarəti bölmələrini əhatə edir. Tədbir iştirakçılarına İslam oyunları ilə bağlı hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib və çap məhsulları paylanılıb.

Mühüm məqam ondan ondan ibarətdir ki, Assmableya ərzində İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan MOK-lar 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycana səs veriblər və tam səs çoxluğu ilə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.

Tədbir zamanı İHİF-in 2013-2017-ci illər müddəti üçün yeni tərkibi müəyyən edilib və Çingiz Hüseynzadə yenidən növbəti 4 illiyə İHİF-in vitse-prezidenti seçilib. Eyni zamanda, struktur dəyişikliyinə əsasən, İHİF 1968-ci ildən bəri fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq Könül Nurullayevanın seçilməsi haqqında tarixi qərar qəbul edilib. Beləliklə, Azərbaycan İslam Həmrəyliyi İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlət olub.

Bundan əlavə, 2015-ci ildə İslam Həmrəyliyi İdman Federasiyasının növbəti Baş Assambleyasının da Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti