...

Monqolustanda hotelə borcu olan iranlı güləşçilərin pasportları əllərindən alınıb

İdman Materials 28 İyul 2013 12:54 (UTC +04:00)
Monqolustanda İranın yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandasının üzvlərini borca görə pasportlarını girov götürərək hoteldən çıxarıblar.
Monqolustanda hotelə borcu olan iranlı güləşçilərin pasportları əllərindən alınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Cəfərov/

Monqolustanda İranın yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandasının üzvlərini borca görə pasportlarını girov götürərək hoteldən çıxarıblar.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib. Belə ki, Monqolustanda keçirilən yunan-Roma güləşi üzrə Asiya çempionatında üçüncü yeri qazanan iranlı gənclər ötən gün Tehrana qayıtmalı imiş, lakin hotelin pulunu ödəmədikləri üçün mehmanxana rəhbərliyi onların pasportlarını girov kimi saxlayaraq hoteldə gecələmələrinə icazə verməyib.

Gənc güləşçilər başqa yerdə gecələməli olublar.

Məlumatda bildirilir ki, bu anlaşılmazlıq Monqolustanda İran səfirliyi olmadığından və pulköçürmə zamanı texniki problemlər üzündən yaranıb.

Hazırda gənc güləşçilərin probleminin həlli istiqamətində işlər aparılır, onların yaxın bir-iki gün ərzində Tehrana qayıdacağı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti