...

Türkiyə 2020-ci ildə futbol üzrə Avropa çempionatını qəbul etmək niyyətindədir

İdman Materials 10 Sentyabr 2013 10:27 (UTC +04:00)
Türkiyə 2020-ci il futbol üzrə Avropa çempionatının ölkədə keçirilməsi üçün ərziə vermək niyyətindədir.
Türkiyə 2020-ci ildə futbol üzrə Avropa çempionatını qəbul etmək niyyətindədir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə 2020-ci il futbol üzrə Avropa çempionatının ölkədə keçirilməsi üçün ərizə vermək niyyətindədir. Bu barədə Trend Türkiyənin "Hürriyet" qəzetinə istinadən bildirib.

Nəşrin məlumatına görə, çempionatın İstanbulda keçirilməsi ilə bağlı ərizə 2014-cü ilin aprelində UEFA-ya təqdim ediləcək. Futbol üzrə Avropa çempionatının keçirilməsi haqqında qərar 2014-cü ilin sentyabrında qəbul ediləcək.

Daha əvvəl Türkiyə 2020-ci il Olimpiya və Paralimpiya oyunlarının İstanbulda keçirilməsi barədə ərizə verib. Lakin sentyabrın yeddisində Argentinanın Buenos-Ayres şəhərində Beynəlxalq Olimpiya Komitəsi 125-ci sessiyasında Olimpiyadanın Yaponiyanın paytaxtı Tokioda keçirilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti