...

İdman gimnastikası üzrə Azərbaycan çempionatının ilk mükafatçıları məlumdur

İdman Materials 18 Dekabr 2013 17:45 (UTC +04:00)
Şağan Olimpiya İdman Kompleksində idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşmiş Azərbaycan çempionatı keçirilir.
İdman gimnastikası üzrə Azərbaycan çempionatının ilk mükafatçıları məlumdur

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Şağan Olimpiya İdman Kompleksində idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşmiş Azərbaycan çempionatı keçirilir.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, dekabrın 18-də gimnastlar arasındakı yarışlarda mükafat dəstləri sahiblərini tapacaq.

AGF bu növlərin populyarlaşmasına yönəldilmiş birləşmiş yarışları artıq bir neçə dəfə keçirib. Üstəlik, bir neçə gimnastika növü üzrə turnir tamaşaçıları daha çox cəlb edir. Tamaşaçılar idman gimnastikası, akrobatika və tamblinq üzrə mübarizənin gedişini əyani surətdə izləyə biləcəklər.

AGF rəsmi saytında Şağan Olimpiya İdman Kompleksinə bu və ya digər səbəbə görə gələ bilməyən idmansevərlər və xaricdə yaşayan həmvətənlər və azarkeşlər üçün canlı yayım aparır.

İdman gimnastikası üzrə çempionatın ilk nəticələri:

Çoxnövçülük:

III gənclər dərəcəsi:

1. Əli Xəlilov
2. Məhəmməd Rəhimli
3. Əlizamin Hüseynov

II gənclər dərəcəsi:

1. Aydın Əlizadə
2. Hüseyn Rəhimli
3. Marat Qarifulin

III yuxarı yaş dərəcəsi:

1. Rəsul Əhmədzadə
2. Anar Həsənov
3. Mirhəsən Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti