Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Azərbaycan milli komandasının 1-5 mart tarixlərində baş tutacaq təlim-məşq toplanışını və 5 mart tarixində keçiriləcək yoldaşlıq görüşü ilə əlaqədar Premyer Liqanın təqvimində dəyişikliklər edilib.
Trend-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, 21-ci turun "Bakı" - "Neftçi" oyunu 16 fevral tarixindən 15 fevral 2014-cü il tarixinə keçirilib. Bundan başqa, 22-ci turun bütün görüşləri 19 fevral, 23-cü turun bütün görüşləri 23 fevral, 24-cü turun bütün görüşləri isə 28 fevral tarixində oynanılacaq.
Premyer Liqanın təqvimində dəyişikliklər edilib
Azərbaycan milli komandasının 1-5 mart tarixlərində baş tutacaq təlim-məşq toplanışını və 5 mart tarixində keçiriləcək yoldaşlıq görüşü ilə əlaqədar Topaz Premyer Liqasının təqvimində dəyişikliklər edilib.
