...

Kompüter oyunları üzrə 6-cı dünya çempionatı Bakıda keçiriləcək

İdman Materials 5 May 2014 13:39 (UTC +04:00)
Kompüter oyunları üzrə 6-cı dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Kiber İdman Federasiyanın (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) memorandum imzalayıblar.
Kompüter oyunları üzrə 6-cı dünya çempionatı Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 5 may /Trend/

Kompüter oyunları üzrə 6-cı dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Kiber İdman Federasiyanın (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) memorandum imzalayıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imzalama mərasimində Kiberidman Federasiyasının prezidenti Ramil Əliyev də iştirak edib.

Memoranduma əsasən, "6th e-Sports World Championship BAKU 2014" (kompüter oyunları üzrə 6-cı dünya çempionatı) bu il 12-17 noyabrda "Kristal Zal"da keçiriləcək.

Bundan əlavə, oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, IeSF-in Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var. Yekun nəticədə IeSF yarışların aşağıdakı növlər üzrə keçiriləcəyini müəyyənləşdirib:

1. Kişilər arasında
-dota 2 (valve)
- starcraft ii: heart of swarm (blizzard)

2. Qadınlar arasında
-starcraft ii: heart of swarm (blizzard)
- tekken tag tournament 2 (namco bandai)

Hazırda çempionatın proqramına Street Fighter Series, Hearth Stone, Pro Evolution Soccer və başqa əlavə növlərin daxil edilməsinin mümkünlüyü, həmçinin təşkilatı və lisenziya ilə bağlı digər məsələlər nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti