Azərbaycan, Bakı, 16 may /Trend/
Ümumdünya Boks Seriyasının (WSB liqası) finalı Bakıda olacaq.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, "Baku Fires" və "Cuba Domaderos" komandaları arasında həlledici görüşlər iyunun 6-da və 7-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.
Bununla bağlı mayın 23-də Bakıda AIBA prezidenti ilə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, komandamız yarımfinalda Qazaxıstanın "Astana Arlans" klubunu, kubalılar isə Rusiya boksçularını məğlub ediblər.