...

"Barselona" Luis Suareslə rəsmən razılığa gəldi

İdman Materials 11 İyul 2014 18:03 (UTC +04:00)
İspaniyanın "Barselona" futbol klubu İngiltərənin "Liverpul" komandasının uruqvaylı futbolçusu Luis Suareslə 5 illik müqavilənin bağlanması haqqında razılığa gəlib.
"Barselona" Luis Suareslə rəsmən razılığa gəldi

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Ulucay Akif/

İspaniyanın "Barselona" futbol klubu İngiltərənin "Liverpul" komandasının uruqvaylı futbolçusu Luis Suareslə 5 illik müqavilənin bağlanması haqqında razılığa gəlib. Bu barədə Trend klubların rəsmi saytına istinadən məlumat verir.

Transferin məbləğinin 88 milyon avro deyilir.

Uruqvaylı ulduz gələn həftə Barselonaya gələcək və tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

L.Suares təəssüratlarını bölüşüb: "Çətin də olsa, yeni həyat üçün "Liverpul"u tərk edib İspaniyaya gedirəm. Mən və ailəm həmişə Liverpula azarkeşlik edəcəyik. Xüsusən, azarkeşləri unutmayacağam. Məncə getmək üçün doğru vaxt seçdim. "Liverpul"un baş məşqçisi Brendan Rocersə və komandaya uğurlar arzulayıram. Komanda etibarlı əllərdədir və "Liverpul"un Çempionlar Liqasına vəsiqə qazanmasında əməyim olduğuna görə çox xoşbəxtəm".

2011-ci ildən "Liverpul"un şərəfin qoruyan L.Suares 110 oyuna 69 qol vurub.

Qeyd edək ki, L.Suares yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti