...

Brendan Rocers: Luis Suaresin "Liverpul"u tərk etməsi biabırçılıqdır

İdman Materials 23 İyul 2014 15:36 (UTC +04:00)
İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Brendan Rocers Luis Suaresin "Barselona"ya keçidi haqqında danışıb.
Brendan Rocers: Luis Suaresin "Liverpul"u tərk etməsi biabırçılıqdır

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Ulucay Akif/

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Brendan Rocers Luis Suaresin "Barselona"ya keçidi haqqında danışıb.

Trend İTAR TASS-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis uruqvaylı futbolçu L.Suaresin "Barselona"ya transferi barədə deyib: "Luis Suares komandası üçün hər şeyi etdi. O, mükəmməl futbolçu idi və yaddaşımda həmişə gözəl insan və dost kimi qalacaq. Suaresin daha "Liverpul"da olmaması bizim üçün biabırçılıqdır. Ancaq bu mövsüm Çempionlar Liqasında iştirak edəcəyik və bu bizi çox sevindirir. Yaxşı transferlər etmişik və bizi gözəl mövsümün gözlədiyinə inanırıq".

Xatırladaq ki, L.Suares 2013-2014 mövsümündə 33 oyuna 31 qol vuraraq İngiltərə liqasının bombardiri və ən yaxşı oyunçusu kimi Ronaldo ilə birgə "Qızıl butsi" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti