...

"Vətən" RIOEUG nəzdində Real Madrid Fondunun sosial futbol məktəbində təlimlərə start verilir

İdman Materials 4 Sentyabr 2014 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

5-7 sentyabrda Real Madrid Fondunun sosial futbol məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Real Madrid Fondu ilə birgə həyata keçirdiyi "Futbol vasitəsilə uşaqların sağlamlıqlarının qorunması və sosial həyata inteqrasiyası" adlı layihə çərçivəsində RMF-nin beynəlxalq treneri Viktor de Arse (Viktor de Arce) yenidən Bakıya təşrif buyuraraq müəllim-məşqçilər üçün təlimlər keçirəcəkdir. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin Real Madrid Fondu ilə birgə layihə çərçivəsində yaratdığı Real Madrid Fondunun sosial futbol məktəbi artıq 1 ildən artıqdır ki, Vətən RIOEUG futbol məktəbi nəzdində fəaliyyət göstərir.

Fəaliyyət dövründə Real Madrid Fondunun beynəlxalq təlimçisi 2013-cü ilin iyun ayında Bakıda məşqçi-müəllimlərə təlim keçmiş və həmin müəllimlərə sertifikatlar verilmişdi. Təlimlərin yüksək səviyyədə təşkil olunduğunu nəzərə alaraq və canlı monitorinqə ehtiyac olduğu üçün Viktor de Arseyə təkrar Bakıya gəlmək təklif edilib və təklif qəbul olunub.

Belə ki, təlimlər 17 məşqçi-müəllim üçün keçiriləcəkdir. Təlimdə həmçinin Naxçıvan Muxtar Respublikasından və Füzuli rayonundan məşqçi-müəllimlər iştirak edəcəklər. Həmin məşqçilər ispan futbol təcrübəsini mənimsəyərək uşaqlara gələcəkdə dərs deyəcəklər.

Layihənin tərəfdaşları Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdır. Baş sponsor "AzərİdmanServis"dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti