...

“Barselona”nın oyunçusuna ittiham irəli sürülüb

İdman Materials 16 Oktyabr 2014 11:05 (UTC +04:00)
“Barselona”nın 27 yaşlı müdafiəçisi Jerar Pike öz qardaşı Markla birlikdə avtomobilini icazə verilməyən yerdə saxlayıb. Bir müddətdən sonra futbolçu cərimə edilib.
“Barselona”nın oyunçusuna ittiham irəli sürülüb

Azərbaycan, Bakı 16 oktyabr /Trend/

"Barselona"nın 27 yaşlı müdafiəçisi Jerar Pike öz qardaşı Markla birlikdə avtomobilini icazə verilməyən yerdə saxlayıb. Bir müddətdən sonra futbolçu cərimə edilib. Trend xəbər verir ki, bu barədə "Lenta.ru" xarici KİV-ə istinadən məlumat yayıb.

Futbolçu ilə asayiş keşikçiləri arasında dava düşüb. Daha sonra Kataloniya klubunun oyunçusu qəbzi polislərin əlindən alaraq cırıb.

Futbolçuya hüquq-mühafizə orqanlarına qarşı hörmətsizliyə görə ittiham irəli sürülüb.

Az sonra futbolçu "Twitter" sosial şəbəkəsindəki səhifəsində yol polisi nümayəndələri ilə münaqişəyə görə üzr istəyib: "Mənim sözlərim bir qədər dəyişdirilib, lakin istənilən halda mən haqsız idim, bu hal bir daha təkrarlanmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti