...

Dieqo Kosta milliyə çağırılmadı

İdman Materials 7 Noyabr 2014 20:38 (UTC +04:00)
İngiltərənin "Çelsi" komandasının Braziliya əsilli forvardı Dieqo Kosta İspaniya millisinə kömək edə bilməyəcək.
Dieqo Kosta milliyə çağırılmadı

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

İngiltərənin "Çelsi" komandasının Braziliya əsilli forvardı Dieqo Kosta İspaniya millisinə kömək edə bilməyəcək.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, forvard İspaniya yığmasının qarşıdakı iki oyununa çağırılmayıb.

Belə ki, ispanlar Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də evdə Belarusu qəbul edəcək, 3 gündən sonra isə Almaniyaya qarşı yoldaşlıq oyununa çıxacaqlar.

İspaniya millisinin baş məşqçisi Visente del Boske D.Kostanın qasıq nahiyəsindən aldığı zədədən yenicə sağaldığını əsas gətirərək onu yığmanın heyətinə dəvət etməyib: "Millinin həkimləri "Çelsi"li həmkarları ilə təmasdadırlar və onlar Kostanın istirahət etməli olduğu qənaətindədirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti