Azərbaycan, Bakı, m19 noyabr /Trend/
Ölkəmizdə ilk dəfə olaraq, dünyaca məşhur İspaniyanın Barselona Futbol Klubunun (FC Barcelona) rəsmi Kampı fəaliyyətə başlayıb. Kamp İnter Bakı futbol klubunun nəznində, Şəfa stadionunda açılıb.
Fiziki hazırlığından asılı olmayaraq 6-16 yaş kateqoriyasında istənilən uşaq Barselona Klubunun Kampında iştirak edə biləcək. Kampın təşkil olunduğu ilk tarixlər: 17.11.2014 - 12.12.2014
Barselona Futbol Klubunun (BFK) rəsmi Kampı azərbaycanlı gənc futbol həvəskarlarına Barselona Klubunun gənc komandalarında istifadə olunan futbol bacarıqlarını və taktikalarını öyrənmək imkanı yaradır. BFK Kampı eyni zamanda, praktiki təcrübə vasitəsilə uşaqlara Barsa futbol modelini öyrənmək üçün bir vasitədir.
Kampın təlimləri 4 qrupdan uşaqdan ibarət olacaq və 3 sessiyada keçiriləcək. Təlim müddəti 2 həftə olmaqla təşkil olunur. Barselona Futbol Klubunun rəsmi Kampı Azerbaijan Consulting Group (ACG) tərəfindən təşkil olunub.
Dünyanın müxtəlif yerlərində 20`000-dən artıq uşaq, "FCB Escola" tərəfindən təşkil edilən BFK Kampından istifadə edir. BFK Kamp gənc futbolçuları Barselona futbol klubunun peşəkar məşqçiləri ilə təmin edir.
BFK Kamp formalaşma mərhələsində olan gənc oyunçuların yetişməsinə böyük diqqət göstərir. Bu Kampda qeydiyyatdan keçən uşaqlar, paralel məşqlərdə iştirak edir, futbol texnikasına yiyələnir, istirahət edir və əylənirlər. Kamp əsasən, məktəbli yaşlarında olan oğlan və qızları birgə təlimi üçün nəzərdə tutulub.
Barselona FK Kamplarında çalışan məşqçilər nəinki uşaqların futbol ilə əlaqədar bacarıqlarına, həmçinin gigiyena və pəhriz vərdişlərinin formalaşması və nəzarətdə saxlanılması üçün də çalışırlar. Kampın əsas hədəflərindən biri, Barcelona FK'nun təmsil etdiyi mühüm dəyərləri uşaqlara öyrətməkdir.
BFK Kamplar "FCB Escola" tərəfindən təşkil edilir. FCB Escola, 2003-cü ildə Xevi Marcé və Jordi Rovira tərəfindən yaradılıb. FCB Escola özü, Victor Valdes və Gerard Pique kimi oyunçuları yetişdirən, Barsa Sosial Turnirinin keçirilməsindən sonra ərsəyə gəlmişdir.
Kampda uşaqlara Barselona Futbol Klubu Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Sergi Pi və Andreu Cerarols təlim keçəcək. Qeyd etmək lazımdır ki, UEFA lisenziyalı bu məşqçilərinin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi vardır.
Kampda qeydiyyatdan keçmək üçün 050 214 00 08 nömrəsinə müraciət etmək olar.